Sayfalar

Arşiv

VI BEYNƏLXALQ UŞAQ VƏ GƏNCLİK ƏDƏBİYYATI SİMPOZİUMU

Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi tərəfindən hər il oktyabr ayında keçirilən Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu bu il 18-19 Oktyabr 2019 –cu il tarixlərində keçiriləcəkdir. VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunun əsas mövzusu “Uşaq Musiqisi, Uşaq Nəğmələri, Laylalar və Bəstələnmiş Uşaq Şeirləri”dir.

Simpoziumu Təşkil Edən:
Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi

Simpoziumun Ortaqları:

Birləşmiş Millətlər Elm, Mədəniyyət və Təhsil Qurumu UNESCO Türkiye Milli Komisiyası

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu

Azərbaycan Milli Konservatoriyası

Simpozium Üçün Düşünülən Müddət:
İki gün
Hər iclasda 4 məruzəçi + 1 iclas sədri olacaqdır.

Simpoziumun Keçiriləcəyi Ünvan:
Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Elmi Kitabxananın İclas Zalları
Bakı / Azərbaycan

Simpoziumla Eyni Vaxtda Keçiriləcək Tədbirlər:
Azərbaycan Milli Konservatoriyası Uşaq Xoru Uşaq Mahnıları Konserti
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Orkestri Uşaq Mahnıları Konserti
1869-1928-ci İllər Arasında Nəşr Edilən Uşaq Jurnalları Sərgisi
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu Uşaq Rəsmləri Sərgisi
Bakı Şəhəri Gəzintisi

Simpozium Tarixi:
05 Yanvar 2019 – Simpozium elanı
10 Avqust 2019 – Məqalə xülasələrinin son təslim tarixi
15 Avqust 2019 – Qəbul edilən xülasələrinin elanı
30 Avgust 2019 – Ödəmə üçün son tarix
20 Sentyabr 2019 – Qəbul edilən məqalələrin tam mətnlərinin təslimi üçün son tarix
18-19 Oktyabr 2019 – Simpozium tarixi

VI BEYNƏLXALQ UŞAQ VƏ GƏNCLİK ƏDƏBİYYATI SİMPOZİUMUNUN MÖVZU BAŞLIQLARI
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunun əsas mövzusu, “Uşaq Musiqisi, Uşaqnəğmələri, Laylalar vəBəstələnmiş Uşaq Şeirləri”dir.

 Uşaq nəğmələri
 Laylalar
 Uşaq şeirləri
 Uşaqları və uşaq həssaslığını nəzərə alan nəğmələr
 Sanamalar
 Uşaqlar üçün yazılmış himnlər
 Uşaq musiqiləri
 Ritmli və nəğməli uşaq oyunları
 Uşaq mahnısı bəstəkarları, söz müəllifləri
 Uşaq nəğmələrində, laylalarda, uşaqlar üçün yazılmış himnlərdə uşaq dünyagörüşü, uşaq hissi
 Uşaq filmləri və cizgi film musiqiləri
 Uşaq nəğmələri, laylalar və uşaqlar üçün yazılmış musiqilərin uşaqların idrak, mənəvi və ictimai inkişafındaki funksiyaları
 Uşaq musiqisi əsərlərində xəyal və xəyal gücünü hərəkət etdirmə, xəyalpərəstlik
 Uşaq musiqisi əsərlərinin uşaqların ünsiyyət bacarıqlarına töhfəsi
 Uşaq musiqisi əsərlərində pedaqoji mesajlar
 Uşaq musiqisi əsərlərində dəyərlərin öyrədilməsi
 Psixoloji və sosioloji baxımdan uşaq musiqisi əsərlərinin və laylaların, uşaq şeirləri, sanamaların öyrənilməsi, müqayisə edilməsi
 Uşaq şeirləri, uşaq musiqisi əsərlərinin estetik duyğu yaratmaq baxımından araşdırılması
 Uşaq musiqisi əsərlərinin və uşaqlar üçün yazılmış himnlərin sosial və siyasi elementlər baxımından araşdırılması
 Uşaq musiqisi əsərlərində ətraf-aləmə qarşı həssaslıq, insan-təbiət əlaqəsi
 Uşaq musiqisi əsərlərinin müxtəlif sahələrdə mədəniyyət yaratmağa təsiri
 Əsərlərin xarici və daxili quruluş xüsusiyyətləri, mahnı və ahəng ünsürləri baxımından araşdırılması
 Uşaq musiqisi əsərlərində nəğmə-mətn əlaqəsi, dil istifadəsi
 Uşaq musiqisi əsərlərinin nəğmə və mətn analizi
 Uşaq musiqisi əsərlərinin dünya ədəbiyyatından əsərlərlə müqayisəsi
 Başqa dillərə tərcümə olunan əsərlərin tərcümə nəzəriyyəsi çərçivəsində dəyərləndirilməsi
 Uşaq musiqisi əsərlərinin, layla və sanamaların mədəniyyət təminatına töhfəsi
 Uşaq musiqisi əsərlərindəki postmodern izlər
 İctimai həssaslıq, mədəniyyət və dəyərlər baxımından əsərlərin öyrənilməsi, müqayisə edilməsi

• Simpozium elanında verilən yuxarıdaki başlıqlardan əlavə, gələn fərqli məqalə təklifləri də Simpoziumun Təşkilat Komitəsi və Simpoziumun Elmi Heyəti tərəfindən uyğun görülərsə dəyərləndirməyə alınacaqdır.
• Tərcümeyı-hal formasında yazılmış bəyanatlar dəyərləndirməyə alınmayacaqdır.

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ
Bican Veysəl Yıldız (Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi İdarə Heyətinin Sədri)
Akademik İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının Vitse – Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Direktoru)
Prof. Siyavuş Kərimli (Azərbaycan Milli Konservatoriyasının Direktoru)
Prof. Ərtegin Salamzadə (AMEA-nın Müxbir Üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Direktoru)
Dr. Məlikə Günyüz (Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi İdarə Heyəti / İbn Haldun Universiteti)
Dr. Tacəttin Şimşək (Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi Akademik Heyətinin Sədri / Atatürk Universiteti)
Prof.Dr. Ali Fuat Arıcı (Yıldız Teknik Universiteti)
Prof.Dr. Işıl Altun (Kocaeli Universiteti)
Fil.ü.f.d., dos. Aygün Bağırlı (Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutu)
Fil.e.d. Mərziyyə Nəcəfova (Azərbaycan Milli Elmlər Akademiyası)
Prof.Dr. Zhanna Yusha (Rusiya Elmlər Akademiyası)
Doç.Dr. Abdul Fareed Brohi (Pakistan, Beynəlxalq İslam Universiteti Uşaq Ədəbiyyatı Bölüm Başqanı)
Fil.ü.f.d. Mehman Həsənli (Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutu)
Gülay Sormageç (Uşaq Mahnılarının Söz Müəllifi)
Rəşad Qasımov (Azərbaycan Milli Elmlər Akademiyası)

SİMPOZİUMUN ELMİ HEYƏTİ
Akademik Muxtar Kazımoğlu (Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Direktoru)
Prof.Dr. Aktan Ago (Makedonya Az. Kiril və Metodiy Universiteti)
Prof.Dr. Alev Sınar (Uludağ Universiteti)
Prof.Dr. Ali Fuat Arıcı (Yıldız Teknik Universiteti)
Prof.Dr. Ali Gültəkin (Əskişəhər Osmanqazi Universiteti)
Prof. Azər Dadaşov (Bəstəkar)
Dilarə Əliyeva (Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Flarmoniyasının Direktoru)
Fil.e.d. Elnarə Akimova (Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq Ədəbiyyatı Şöbəsi)
Prof. Əlizadə Əsgərli (Azərbaycan Milli Elmlər Akademiyası)
Prof.Dr. Feyzan Göher Vural (Niğde Ömer Halisdemir Universiteti)
Prof.Dr. Gıyasəddin Aytaş (Qazi Universiteti)
Prof.Dr. Gülçin Yəhya Kaçar (Qazi Universiteti)
Prof.Dr. Hanifə Dilek Batislam (Çukurova Universiteti)
Prof.Dr. Işıl Altun (Kocaeli Universiteti)
Prof. İradə Köçərli (Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu)
Prof.Dr. Jovanka Denkova (Makedonya İştip Gotse Delçev Universiteti)
Prof.Dr. Liailia Mingazova (Kazan Volga Region Federal Universiteti)
Prof.Dr. Mahmut Çelik (Makedonya İştip Gotse Delçev Universiteti)
Prof.Dr. Mehdi Hejvanî (İran, Azad-i İslami Universiteti)
Fil.e.d. Mərziyyə Nəcəfova (Azərbaycan Milli Elmlər Akademiyası)
Prof.Dr. Nerin Yayın (Ege Universiteti /Pensiyaçı)
Prof.Dr. Suat Ungan (Karadeniz Teknik Universiteti)
Prof.Dr. Tülin Arsevən (Akdeniz Universiteti)
Prof. Zahid Xəlil (Azərbaycan Dövlət Pedaqoji Universiteti)
Prof. Zemfira Səfərova (Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu)
Prof.Dr. Zhanna Yusha (Rusiya, Novosibirsk Elmlər Akademiyası Sibir Şöbəsi)
Doç.Dr. Abdul Fareed Brohi (Pakistan, Beynəlxalq İslam Universiteti Uşaq Ədəbiyyatı Bölüm Başqanı)
Fil.ü.f.d.dos. Aynur Xəlilova (Azərbaycan Milli Elmlər Akademiyası)
Doç.Dr. Fatima Hocin (Makedonya Aziz Kiril və Metodiy Universiteti)
Fil.ü.f.d.dos. Fidan Qasımova (Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu)
Doç.Dr. Gülin Öğüt Əkər (Hacettepe Universiteti)
Fil.ü.f.d.dos. Günay Qarayeva (Azərbaycan Milli Elmlər Akademiyası)
Sən.ü.f.d.dos. Xəzər Zeynalov (Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu)
Prof. Lalə Hüseynova (Azərbaycan Milli Elmlər Akademiyası Konservatoriyasının Prorektoru)
Doç.Dr. M. Abdullah Arslan (Erzincan Binali Yıldırım Universiteti)
Doç.Dr. Nəslihan Karakuş (Yıldız Teknik Universiteti)
Fil.ü.f.d.dos. Nəzakət İsmayılova (Naxçıvan Dövlət Universiteti)
Doç.Dr. Oğuzhan Yılmaz (Erzincan Binali Yıldırım Universiteti)
Doç.Dr. Raşit Koç (Yüzüncü Yıl Universiteti)
Doç.Dr. Sibel Turhan Tuna (Muğla Sıtkı Koçman Universiteti)
Doç.Dr. Tahir Kahhar (Özbekistan Devlet Cihan Dilleri Universiteti)
Doç.Dr. Tahir Zorkul (Yüzüncü Yıl Universiteti)
Dosent Aliyə Məmmədova (Bakı Musiqi Akademiyası)
Dr. Atıf Akgün (Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu)
Dr. Çiğdəm Akyüz Öztokmak (Ankara Hacı Bayram Veli Universiteti)
Dr. Enisə Abibullayeva (Kırım Mühəndislik və Pedaqoji Universiteti)
Dr. Ərhan Solmaz (Uşak Universiteti)
Dr. Hülya Yolasığmazoğlu (Giresun Universiteti)
Dr. İsmail Abalı (Iğdır Universiteti)
Dr. Kevsər Tozduman Yaralı (Kırklareli Universiteti)
Dr. Lilya Məmmədova (Kırım Mühəndislik və Pedaqoji Universiteti/Kırım)
Dr. Məlikə Günyüz (ÇOGEYB İdarə Heyəti / İbn Haldun Universiteti)
Dr. Mustafa Səid Kıymaz (Adıyaman Universiteti)
Dr. Şakirə Balıkçı (Mardin Artuklu Universiteti)
Dr. Tacəttin Şimşək (ÇOGEYB Akademik Heyətinin Sədri / Atatürk Universiteti)
Dr. Yasin Mahmut Yakar (Ərzincan Binali Yıldırım Universiteti)
Dr. Nilay Yılmaz
Əli Hakkoymaz (Şair-Yazıçı)
Ayşə Kasap (Uşaq Ədəbiyyatı Tədqiqatçısı)
Bestami Yazgan (Şair-Yazıçı)
Bican Veysəl Yıldız (ÇOGEYB İdarə Heyətinin Sədri)
Ərdoğan Ərgin (Pedaqoq, Şair, Yazıçı)
Əsra Coşkun (Amerika, Illinois Universiteti)
Əminə Usein (Kırım/ Ukrayna Yazıçılar Birliyi)
Qəşəm Nəcəfzadə (Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı Şöbəsi)
Harun Koman (Musiqiçi)
Məhmət Akpınar (Pedaqoq, Şair, Yazıçı)
Nevin Soysal Aydın (Uşaq Mahnılarının Söz Müəllifi)
Niloufar Bagherzadeh Akbari (İran Yazıçılar Birliyi)
Nuran Turan (Yazıçı)
Reyhanə Səlimova (İstanbul Universiteti)
Səhər Keçə Türker (Yazıçı)
Uygar Önalan (Musiqi Müəllimi)
Vural Eyikan (Uşaq Mahnıları Bəstəkarı)

Məqalələrin Göndəriləcəyi Adres:
Bican Veysəl YILDIZ
Bağdat Cad. No:385/B Maltepe/İSTANBUL
Tel-Faks: 0216 441 65 66 – 0532 410 29 26
bicanveyselyildiz@hotmail.com.tr

YAZARLAR